Oğuza güclü dolu düşdü - VİDEO

18:58 - 1 İyun 2023

Oğuza güclü dolu düşdü - VİDEO

Bu gün axşam saatlarında Oğuz rayonunun Baş Daşağıl kəndinə dolu düşüb..

Manset.az xəbər verir ki, diametri qoz iriliyində olan dolu yağışı bir neçə dəqiqə davam edib.

Dolu meyvə ağaclarına və həyətyanı sahələrə ziyan vurub.

Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib ki, iyunun 1-də saat 17:00-dan 17:35-dək Oğuz rayonu Başdaşağıl kəndinə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Dolunun diametri 25-30 mm olub.

Hazırda Oğuz rayonunda qeyri-sabit hava şəraiti davam edir.


Xəbər xətti

28 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin