Bu ölkədə məhkəmə “WhatsApp”ı 37 min dollar CƏRİMƏLƏDİ

16:20 - 1 İyun 2023

Bu ölkədə məhkəmə “WhatsApp”ı 37 min dollar CƏRİMƏLƏDİ

Rusiya məhkəməsi “WhatsApp”ı 37 min dollar cərimələyib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Moskvadakı məhkəmələrdən birində baxılan  işdə “WhatsApp” vasitəsi ilə qeyri-qanuni yolla depresiya əleyhinə dərman vasitəsinin satıldığı müəyyən edilib.

Məlumata görə, məhkəmə Rusiyanın müvafiq qurumlarının tələbinə baxmayaraq, “WhatsApp”ın qrupu silmədiyi üçün şirkətin qanunvericiliyə əməl etmədiyinə qərar verib və 37 min dollar cərimələyib.

Qeyd edək ki, “WhatsApp” Rusiyada ilk dəfə qadağan olunmuş məzmunu silmədiyi üçün cərimələnib. Bundan əvvəl isə şirkət müxtəlif səbəblərdən cərimələnmişdi.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin