“Müharibə nə vaxt bitər?” sualına Zelenskidən CAVAB

16:10 - 1 İyun 2023

“Müharibə nə vaxt bitər?” sualına Zelenskidən CAVAB

"Müharibə biz qalib gələndə bitər. Rusiya bu müharibəni daha tez bitirə bilər. Bunun üçün torpaqlarımızı tərk etməlidirlər".

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləriUkrayna Prezidenti Volodimir Zelenski Avropa Siyasi Birliyinin (AST) Sammitində iştirak etmək üçün Moldovaya səfəri zamanı deyib.

Daha əvvəl təklif etdiyi sülh formuluna toxunan Zelenski bu məqsədlə sammitin çağırılması üzərində çalışdıqlarını bildirib:

"Biz mümkün qədər çox ölkənin iştirakını istəyirik. Ona görə də hələ bir tarix təyin etməmişik".

Xatırladaq ki, Zelenskinin daha əvvəl gündəmə gətirdiyi 10 bəndlik sülh planına Ukraynanın ərazi bütövlüyünün təmin edilməsi, Rusiya qoşunlarının Ukrayna ərazisindən tamamilə çıxarılması və Ukrayna sərhədlərinin bərpası daxildir.


Xəbər xətti

16 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin