Trampda İranla bağlı məxfi sənədlərin olduğu AŞKARLANDI

15:47 - 1 İyun 2023

Trampda İranla bağlı məxfi sənədlərin olduğu AŞKARLANDI

ABŞ-da prokurorluq keçmiş prezident Donald Trampın vəzifədən getdikdən sonra məxfi sənədləri saxladığına dair səs yazısının ələ keçirildiyini açıqlayıb.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, prokurorluq Trampın vəzifədən getməzdən əvvəl özü ilə İrana mümkün hücum planına dair gizli Pentaqonun sənədini apardığını dediyi səs yazısını əldə ediblər. Qeydlərdə Trampın əlində olan sənədlərdəki məlumatları başqaları ilə bölüşmək istədiyini, lakin vəzifədən getdikdən sonra sənədlərin məxfiliyini çıxarmaq səlahiyyətində məhdudiyyətlərin olduğunu bildiyi qeyd edilib.

Bundan əlavə, qeydlərdə Trampın 2021-ci ilin iyul ayında etdiyi çıxışlarda vəzifəsindən ayrıldıqdan sonra Ağ Evdən bəzi sənədləri Floridadakı Mar-a-Laqo malikanəsinə apardığına dair iddiaları təsdiqləyən ifadələr var. Hesabatda qeyd edilir ki, Trampın qeyd olunan sənədlərin məxfiliyini çıxarmaq səlahiyyətinin olmadığını bildiyini etiraf etməsi, vəzifədən getdikdən sonra keçmiş prezidentin məxfi sənədləri saxlamaq səlahiyyətinin məhdud olduğunu açıqlaması sübut üçün prokurorlara kömək edə bilər.

Qeydlərin Trampın Mar-a Laqodakı malikanəsində saxladığı məxfi sənədləri araşdıran xüsusi müşavir Cek Smitə təhvil verildiyi bildirilir.

Məlumatda səslərin Trampın köməkçiləri və Tramp dövründə Ağ Ev rəhbəri Mark Meadozun tərcümeyi-halı üzərində işləyən iki nəfərlə Bedminsterdə keçirilən görüşdə qeyd edildiyi bildirilib.

 

Manşet.az 


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin