Slovakiyada təbiəti mühafizə qruplarına ölkənin şimalındakı Tatra dağlarının daxil olduğu Raj Milli Parkında ayının başının zibil qutusuna ilişməsi barədə məlumat daxil olub.
Manset.az-ın "TRT Heber"ə istinadən məlumatına görə, hərəkətə keçən qruplar 17 gün sonra milli parkın Straten bölgəsində sözügedən ayını tapıb və xilasetmə əməliyyatına başlayıb. Baytarın köməyi ilə ayı yuxuya verilib və qutu başından çıxarılıb.
Təbiətə buraxılan ayının çöl donuzları üçün qoyulan 30 litrlik qabdan qarğıdalı yemək istəyərkən başını bankaya ilişdirdiyi müəyyən edilib.