İsrail ordusu Livan və Suriya ilə həmsərhəd bölgələrdə İrana qarşı hərbi təlimlərə başlayıb.
Manset.az Bakupost.az-a istinadən xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.
İki həftəlik hərbi təlim İsrailin şimal sərhədlərində genişmiqyaslı müharibənin başlaması ehtimalı ilə əlaqədar keçirilir.
Bu mümkün müharibədə müxtəlif cəbhələrin - xüsusilə Livan, Suriya, İraq və İranın iştirak edəcəyi, İsrailə qarşı eyni anda hərəkətə keçəcəkləri ehtimal olunur.