Qalatasaray "gələcəyin ulduz"nu transfer etmək istəyir - FOTO

15:14 - 1 İyun 2023

Qalatasaray

23-cü dəfə Türkiyə çempionu olan  "Qalatasaray" transfer çalışmalarını davam etdirir.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, "Qalatasaray" karyerasını Paraqvay Liqası komandalarından olan "Libertad"da davam etdirən Dieqo Qomezlə maraqlanır. Paraqvay mətbuatının yazdığına görə,  sarı-qırmızılıların bu transferdə tək olmadığı iddia edilib. Qeyd olunub ki, futbolçu ilə Premyer Liqa təmsilçisi "Brayton" və Braziliyanın köklü komandaları "Atletiko Mineyro" və "Palmeyras" da maraqlanır.

Gələcəyin ulduzu kimi xarakterizə edilən 20 yaşlı futbolçu bu mövsüm 20 oyunda 4 qol vurub, 4 məhsuldar ötürmə edib. Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu iki dəfə Paraqvay Millisinin formasını geyinməklə uğur nümayiş etdirib. Dieqo Qomez bu mövsüm Libertad komandası ilə çempionluq yaşayıb.



Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin