<

Yağışlardan sonra çaylarda sululuq artıb - Sel təhlükəsi davam edir

14:51 - 1 İyun 2023

Yağışlardan sonra çaylarda sululuq artıb - Sel təhlükəsi davam edir

Mayın 31-də ölkədə yağan intensiv yağışlar nəticəsində əksər çaylarda sululuq artıb. Kiçik Qafqazın Şəmkir rayonu ərazisindən keçən hissəsində Şəmkirçay, eyni zamanda Dəstəfurçayda, Qəbələ rayonu ərazisində axan Dəmiraparançayda qısa müddətli sel keçib”.

 

Bunu Manset.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Onun sözlərinə görə, iyunun 1-i saat 13:00-a olan məlumata əsasən, artıq çaylar səviyyəsində nisbətən azalma müşahidə olunub. Digər çaylarda isə artım hazırda davam edir: “Kür çayının Qıraqkəsəmən məntəqəsində, Qanıx çayı, o cümlədən Dəstəfurçayın səviyyəsində nisbətən artım davam edir. Mayın 31-də Türyançay və Göyçayın hövzəsinə yağan intensiv yağışlar nəticəsində bu gün Qarasu çayında suyun səviyyəsi 42 sm artıb. Çaylarda suyun səviyyəsində nisbətən azalma müşahidə edilsə də, sel təhlükəsi hazırda qalmaqda davam edir”.

A.Verdiyev əlavə edib ki, yağıntılı hava şəraitinin iyunun 3-ü gündüzədək davam etməsi ilə əlaqədar istənilən çayın hövzəsində sel təhlükəsi qalır: “Ona görə də rayonlarda, sahilyanı ərazilərdə yaşayan əhali də ehtiyatlı olsun, bu müddətdə çayın məcrasına yaxınlaşmasınlar, uzaq olsunlar ki, xoşagəlməz hallarla üzləşməsinlər. Hazırda respublika çaylarında baş verən çayın rejimi haqqında məlumatlar izlənilir”.


Xəbər xətti

22 Sentyabr 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin