İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

11:22 - 9 Sentyabr 2021

İsmayıllıda koronavirus xəstəsi ictimai yerdə aşkarlandı

İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının xüsusi karantin rejimi ilə əlaqədar keçirdikləri nəzarət-profilaktik tədbirlər zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Manset.az-a verilən məlumata görə, rayon sakini Samir Şahhüseynovun COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ona ev şəraitində müalicə təyin edilib, sanitar-karantin qaydaları izah olunub.

Lakin o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Həmin şəxs şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və tibbi prosedurlar da gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.

S.Şahhüseynov barəsində İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Xəbər xətti

15 Noyabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin