Səudiyyə Ərəbistanının şimal-şərqində yerləşən Hafar əl-Batin şəhərində qum fırtınası nəticəsində səma qumla örtülüb.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, qum fırtınasının təsirli olduğu bölgədə nəqliyyatın hərəkəti dayanıb. Şəhərdə nəqliyyat dayanıb, ticarət mərkəzləri quma bürünüb. Yaralıların sayı hələlik məlum deyil. Rafha rayonundakı ticarət mərkəzi də qum buludları ilə dolub. Sıx qum buludu ticarət mərkəzinə daxil olduğu üçün alıcılar qumun keçmədiyi ərazilərə qaçmağa çalışıblar.
Yerli hakimiyyət orqanları əhaliyə evlərini tərk etməmələri və nəqliyyat vasitələrinin sürücülərini səyahət zamanı diqqətli olmaları barədə xəbərdarlıq edib.
Manşet.az