“Bugünkü görüş çox vacibdir” - Şarl Mişel

13:58 - 1 İyun 2023

“Bugünkü görüş çox vacibdir” - Şarl Mişel

“Bu gün Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüş çox vacibdir”.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel deyib. 

Onun sözlərinə görə, bir neçə həftə əvvəl Brüsseldə Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanı olub: “Biz müəyyən irəliləyişə nail olmuşuq. Ümid edirəm ki, bu gün iki ölkə arasında münasibətlərin normallaşdırılması üzrə ümumi siyasi iradəni təsdiqləyəcəyik”.

Xatırladaq ki, bu gün Moldovada Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan və Ermənistan arasında danışıqların keçirilməsi planlaşdırılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin