“Bakıkart” mobil tətbiqi bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK – RƏSMİ

12:54 - 1 İyun 2023

“Bakıkart” mobil tətbiqi bu tarixdə İSTİFADƏYƏ VERİLƏCƏK – RƏSMİ

Paytaxtın bir sıra ərazilərində vətəndaşların “Bakıkart” hesabını artırmaqda çətinlik çəkdiyi məlumdur. Bunun başlıca səbəbi isə müvafiq terminalların azlığıdır. 

Bununla yanaşı, “Milliön” ödəmə terminalları vasitəsilə də kart hesabının artırılması mümkündür. Lakin redaksiyamıza daxil olan çoxsaylı şikayətlərdə, bir sıra ərazilərdəki “Milliön” terminallarının da düzgün işləmədiyi, qəpiklə ödənişin mümkün olmaması problemləri qabardılır.

Bəs, problem nə vaxt həllini tapacaq? 

Mövzu ilə bağlı “Milliön” xidməti ilə əlaqə saxladıq. 

Manset.az xəbər verir ki, Bizim.Media-nın sorğusuna cavab olaraq şəhər ərazisində bütün “Milliön” aparatlarının yaxşı işlədiyi və problem yarandığı halda tez bir zamanda həll edildiyi bildirilib.


“Bakıkart” hesabının artırılması ilə bağlı problemə gəlincə...

“Bakıkart” müştəi xidmətlərindən sorğumuza cavab olaraq bildirilib ki, şirkət gotürülmüş aparatların yerinə yenisini quraşdırmayacaq:

“Alternativ olaraq vətəndaşlar ya “Milliön” aparatları ,ya da “online” olaraq kartın balansına pul yükləyə bilərlər. 

Yaxın zamanda mobil tətbiqimiz də istifadəçilərə təqdim olunacaq. Tətbiqin iyun ayının ortalarında təqdim olunması planlaşdırılır. Applikasiya vasitəsilə “Bakıkart”a mədaxil daha da asanlaşacaq. Hal hazırda isə insanlar “bakıkart.az” saytına daxil olaraq qeydiyyatdan keçdikdən sonra, online şəkildə karta pul yükləyə bilərlər”.


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin