Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq - AÇIQLAMA

12:15 - 1 İyun 2023

Azərbaycanda avtomobillərin qiyməti bahalaşacaq - AÇIQLAMA

"Xaricdən avtomobil idxalı zamanı ultilizasiya haqqının alınması idxal qiymətinin artımına səbəb olacaq".

 

Manset.az apa-ya istinadən xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliyin müzakirəsi zamanı deyib.

O bildirib ki, bu, eyni zamanda avtomobil bazarında bahalaşmaya gətirib çıxaracaq.

Deputat əlavə edib ki, tullantıların utilizasiyası ilə avtomobillərin utilizasiyası bir-birindən fərqlidir.

"Avropa ölkələrində bununla bağlı iki ayrı qanun var. Daha yaxşı olardı ki, bizdə də bu qanun layihəsi ayrıca qanun kimi hazırlanıb təqdim olunsun".


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin