Azərbaycanda tətil müddəti qısaldıla bilər? - AÇIQLAMA (VİDEO)

11:13 - 1 İyun 2023

Azərbaycanda tətil müddəti qısaldıla bilər? - AÇIQLAMA (VİDEO)

Elm və təhsil naziri Emin Əmrullayev yay tətilinin qısaldılmasını təklif edib. Nazir deyib ki, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün yaxşı olar.

 

Ekspertlər hesab edir ki, təhsil müddətinin uzadılması indiki halda doğru addım olmaz. Təhsil eskperti Elçin Əfəndi arb-yə bildirib ki, DİM tərəfindən qəbul imtahanlarının nəticələrinin elan olunması, tələbələrin yerləşdirilməsi sentyabr ayının 15-i və ya sonuna təsadüf edir. Belə olan halda dərslər sentyabrın 1-də başlayacaqsa, bu proses yekunlaşmalıdır.

Deputat Ceyhun Məmmədov isə qeyd edib ki, may ayının sonundan hamı tətilə getmək barədə düşünür. İyun ayında uzadılan 15 gün səmərəsiz gedir.

Manset.az daha ətraflı videomaterialı təqdim edir:


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin