Rusiya Kiyevə 10 “İsgəndər” raketi atdı

08:50 - 1 İyun 2023

Rusiya Kiyevə 10 “İsgəndər” raketi atdı

Ötən gecə Rusiya Silahlı Qüvvələri Ukraynanın Kiyev vilayətindəki mülki və kritik infrastruktura “İsgəndər” operativ-taktiki raket kompleksindən 10 raket atıb.

Manset.az  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bildirilib ki, qarşı tərəfin atdığı bütün raketlər zərərsizləşdirilib.

Xatırladaq ki, ötən gecə Rusiyanın Kiyevə raket hücumu nəticəsində 2-si uşaq olmaqla 3 nəfər həlak olub, 14 nəfər yaralanıb.


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin