“Trampı eqoist, prinsipsiz və əhəmiyyətsizdi” - Florida qubernatoru

20:29 - 31 May 2023

“Trampı eqoist, prinsipsiz və əhəmiyyətsizdi”  - Florida qubernatoru

ABŞ-da 2024-cü ildə keçiriləcək prezident seçkiləri üçün namizədlərin açıqlanması davam edir.

 

Manset.az "Haber Global" - a istinadən xəbər verir.

DeSantis ilk rəsmi seçki kampaniyası üçün gəldiyi Ayova ştatında özünü Respublikaçı rəqibi Trampa atıb.

Kampaniya zamanı jurnalistlərə açıqlama verən Florida qubernatoru Trampı “eqoist, prinsipsiz və əhəmiyyətsiz” kimi xarakterizə edib və ona qarşı hücumlarına “əks yumruq”la cavab verməyi planlaşdırdığını bildirib.

"Düşünürəm ki, seçicilərimiz Trampın dövründə baş verənləri yüksək qiymətləndirirlər, lakin eyni zamanda, bir çoxları bir daha ona heç vaxt səs verməyəcəklər"  DeSantis ifadəsini işlədib.

Trump-ın prezidentliyi dövründə iqtisadiyyatı və pandemiya idarəsini hədəfləyən DeSantis, keçmiş prezidenti cinayətlə mübarizədə yumşaq və səmərəsiz olmaqda günahlandırıb.

Florida qubernatoru, Trampın özünə qarşı hücumlarının əks nəticə verəcəyini müdafiə edərək, 2024-cü il prezidentlik yarışı üçün Ayova ştatında keçiriləcək ilkin seçkilərdə partiya üzvlərinin buna qərar verəcəyini qeyd edib.

Jalə

Manşet.az


Xəbər xətti

1 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin