Avtobus sürücüsü silahlı sərnişinə atəş açdı

18:43 - 31 May 2023

Avtobus sürücüsü silahlı sərnişinə atəş açdı

ABŞ-da avtobusu istədiyi yerdə saxlada bilməyən sərnişin sürücü ilə mübahisə edib və nəhayət, tapança çəkərək bir-birinə atəş açıblar.

 

Manset.az "TGRT Haber"-ə istinadən xəbər verir ki, avtobus sürücüsünün sərnişinin üzərinə güllə yağdırdığı anlar kameraya əks olunub.

Sərnişin silahını çıxaran zaman avtobus sürücüsü silahını çıxarıb və güllə yağdırıb. Yaralı sərnişin orta qapıya tərəf süründü. Mübahisə davam edərkən xəsarət alan sərnişin özünü yerə atıb.

Polisin verdiyi açıqlamada sərnişin Omarri Sharif Tobias-ın ayağından, sürücü David Fullardın isə qolundan yaralandığı, digər sərnişinlərin isə xəsarət almadığı bildirilib. 6 gün xəstəxanada müalicə alan sərnişin daha sonra müxtəlif ittihamlarla həbs edilib və 250 min dollar cərimə olunub.

Avtobus sürücüsü işdən çıxarılıb. İctimai nəqliyyat şirkəti işçilərin silah saxlamasının şirkət siyasətinə zidd olduğunu vurğulayıb.

Jalə

Manşet.az


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin