"Britaniyanın səfeh məmurları unutmamalıdırlar ki,..." - Dmitri Medvedev

17:54 - 31 May 2023

"Britaniyanın hərbi və ya mülki rəsmiləri Rusiyanın "qanuni hərbi hədəfi” sayıla bilər".

 

Manset.az azxeber.com-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

O, rəsmi Tvitter hesabında "Britaniyanın xarici işlər naziri ağılla bəyan etdi ki, Ukrayna "Rusiyanın imkanlarını sarsıtmaq üçün öz sərhədlərindən kənarda güc tətbiq etmək qanuni hüququna malikdir. Ukrayna sərhədlərindən kənarda qanuni hərbi hədəflər özünümüdafiənin bir hissəsidir. Əzəli düşmənimiz Britaniyanın səfeh məmurları unutmamalıdırlar ki, müasir müharibələri tənzimləyən hamılıqla qəbul edilmiş beynəlxalq hüquq, o cümlədən Haaqa və Cenevrə konvensiyaları və onların əlavə protokolları əsasında öz dövlətləri də müharibə vəziyyətində sayıla bilər".


Xəbər xətti

15 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin