Mirzoyan COP29-a dəvət olundu
26 Oktyabr 2024
08:30 - 9 Sentyabr 2021
Samux rayonunda traktor təkərinin təmiri zamanı təkər partlayıb və yoldan keçən yeniyetməyə dəyərək ona xəsarət yetirib.
Manset.az xəbər verir ki, hadisə rayonun Kolayr kəndində qeydə alınıb. Samux rayon sakini, 2007-ci il təvəllüdlü S.Bağırov təkər təmiri sexinin qarşısından keçən zamanı anidən traktor təkəri ona çırpılıb və xəsarət alıb.
O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.
Qeyd edək ki, yol kənarında yerləşən təkər təmiri sexində traktor təkərinə hava vurulan zaman anidən təkər partlayıb və təzyiqin gücündən kənara düşərək yeniyetmə oğlana dəyib.
Faktla bağlı araşdırmalara başlanılıb.(report)
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin