<

"Həmin insanlar məni görməzdən gəldilər" - Elnarə Abdullayeva

00:01 - 31 May 2023

Əməkdar artist Elnarə Abdullayeva "Günün sədası" verilişində qonaq olub.

 

Manset.az xəbər verir ki, ifaçı uzun illərdir planlaşdırsa da niyə "Leyli" obrazını canlandıra bilməməsinə aydınlıq gətirib.

"2017-ci ildə Dövlət Akademik Opera və Balet teatrının rəhbərliyi tərəfindən dəvət aldım və konsert verdik. Öz daxili aləmimdə bir az narahat oldum ki, axı mən neçə ildir oxuyuram, siz mənim potensialımı niyə görmədiniz? Ümumiyyətlə həmin insanlar məni görməzdən gəldilər. Bilmirəm, bəlkə kimlərinsə sözlərinə qulaq asdılar, amma çox böyük səhv etdilər. Zamanında "Leyli" ola bilərdim. O obraz ki, onu mən canlandırardım. Mən öz "Leyli"mi oynayacaqdım, Rübabənin (mərhum Xalq artisti Rübabə Muradova), Zeynəbinkini (Xalq artisti Zeynəb Xanlarova) yox. Çünki artıq onlar özlərinə uyğun bunu etmişdilər. Yeni gələn nəsil də həmin "Leyli"ni oynadı. Məndən heç kimi inciməsin. Mənə maraqlı idi ki, niyə məni görmürdülər. Mən nə etməli idim ki, diqqətinizi çəkməli idi? Həmin konsertimdən sonra rəhbərlik də məni gördü. Ard-arda sarayda konsertlər vermişdim, amma heç vaxt mən görə bilmədilər. Amma mən onlar üçün yaxşı sənətkar və Azərbaycanı təbliğ edən insan olardım.

Artıq bu, şikayət də deyil, zaman keçdi. Amma o konsertdən sonra dedim ki, "Leyli"ni oynacağam. Bunu qorxmadan deyirəm. Siz məni onlara görə görmədiniz. Elə dediz ki, mərsiyə oxuyuram. Amma düşünmədiniz ki, bu əsəri yazarkən əksər hissəsləri elə mərsiyədən götürülüb. Çünki siz özünüz sənət bilmirsiniz. Sənətin başlanğıcı mərsiyə idi. Birdən elə bilərlər ki, bunu özüm etməmişəm, yox, məni saymırdılar. 2017-ci ildən sonra buna hazırlaşdım, amma bu dəfə də pandemiya düşdü. Hətta demişdim ki, dekorassiyanın pulunu da verəcəyəm, ancaq oradakını istəmirəm. Onu artıq görmüşdülər, dekorassiya, geyim artıq dəyişməli idi. Allahın izni ilə bunu edəcəyəm" deyə, Elnarə bildirib./axsam.az


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin