NATO-nun baş katibi Yens Stoltenberq Rəcəb Tayyib Ərdoğana zəng edərək, onu yenidən Türkiyə prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
Manset.az xəbər verir ki,Yens Stoltenberq bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib:
Ərdoğanı yenidən prezident seçilməsi münasibətilə təbrik edən Stoltenberq iyulda Vilnüsdə keçiriləcək NATO Zirvəsi, Ukraynaya dəstək, NATO-nun çəkindirmə və müdafiə gücünün gücləndirilməsi, İsveçin NATO-da iştirakının yekunlaşdırılması kimi mühüm məsələləri müzakirə etdiklərini bildirib.
Jalə
Manşet.az