ABŞ-da polis girdiyi avtomobildən düşə bilməyən ayını qapının dəstəyinə paltar ipi bağlayaraq xilas edib.
Manset.az xarici mediaya istinadən xəbər verir ki, Nevada ştatında meşəlik ərazidə ayı avtomobilə daxil olub. Vəziyyəti görən yerli sakin polisə xəbər verib. Əraziyə gələn polis, ayının hücum edəcəyini düşünərək paltar ipindən istifadə edərək avtomobilin qapısını uzaqdan açıb. Qapı açılanda maşındakı ayı enərək ərazini tərk edib.
Ayının avtomobilin içərisinə böyük ziyan vurduğu bildirilir.