Riqada Puşkinin abidəsi söküldü

23:13 - 30 May 2023

Riqada Puşkinin abidəsi söküldü

Latviyanın paytaxtı Riqada Puşkin abidəsi yerindən sökülüb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  heykəl Latviya Rəssamlar İttifaqına təhvil veriləcək. Şəhər Şurasının bəyanatında bildirilir ki, Riqada dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin abidəsi sökülüb.

“Mayın 30-da Riqa Abidələr Agentliyi şair Aleksandr Puşkinin Kronvald parkındakı heykəlini Latviya Rəssamlar İttifaqının Muzeyinə təhvil vermək üçün anbara qoyub, sonradan onun mühafizəsi və sərgilənməsi konsepsiyası ilə bağlı razılığa gəlib” - deyə məlumatda bildirilir.

Qeyd edək ki, “Kods Riqa” blokunun Puşkinin abidəsinin sökülməsi təşəbbüsü aprelin sonunda Riqa Şəhər Şurasının hakim koalisiyası tərəfindən dəstəklənib. Qələbə günü sakinlərin onun ətrafına toplaşmasının qarşısını almaq üçün abidənin mayın əvvəlində sökülməsi planlaşdırılırdı.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin