<

4500 il yaşı olan insan mumiyası tapıldı - FOTO

22:52 - 30 May 2023

4500 il yaşı olan insan mumiyası tapıldı - FOTO

Misirin paytaxtı Qahirədə çalışan arxeoloqlar Saqqaradakı nekropolda insan və heyvan mumiyaları, həmçinin 4500 il əvvəl xidmət etdiyi təxmin edilən Ne Hesut Ba adlı keşişin məzarı tapılıb.

 

Manset.az "Haberler.Com" -a istinadən xəbər verir ki, mumiya üzərində araşdırma aparan  arxeoloqlar mumiyanın təxminən 4500 yaşı var.

Qazıntıları yaxından izləyən Misir rəsmisi Mostafa Vəziri bu tapıntının bəşər tarixi üçün çox dəyərli sayıldığını vurğulayaraq, qədim krallığın beşinci sülaləsində xidmət edən keşiş Ne Hesut Baya aid bir məzar tapıldığını deyib.

Mumiyalama emalatxanalarını əhəmiyyətli bir tapıntı olaraq xarakterizə edən Saqqara Arxeoloji Sahə Müdiri Mohamed Youssef, Saqqaradakı məbədlərlə əlaqəli mumiyalama emalatxanalarını ilk dəfə kəşf edildiyini deyib.

Jalə

Manşet.az



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin