<

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi

22:50 - 30 May 2023

Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşdi

Azərbaycan Basketbol Liqasında final seriyasının sonuncu - beşinci oyunu keçirilib.

 

Manset.az xəbər verir ki, "Sabah" və "Gəncə" komandaları "Sərhədçi" İdman Mərkəzində üz-üzə gəliblər.

Qarşılaşmanın əsas vaxtında qalib müəyyənləşməyib - 80:80. Əlavə vaxtda rəqibini 86:85 hesabı ilə üstələyən "Sabah" ölkə çempionu olub. Bu görüşədək seriyada hesab bərabər idi - 2:2.

Qeyd edək ki, daha əvvəl NTD "AAAF Xırdalan"ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin