<

Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq - Səfir

22:23 - 30 May 2023

Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq - Səfir

Azərbaycanla İsrail arasında uçuşların sayı tezliklə artırılacaq.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik bu gün İsrailin müstəqilliyinin 75-ci ildönümünə həsr olunan tədbir çərçivəsində jurnalistlərə deyib.

"Bu gün tarixi bir gündür. İtsxak Hersoq tarixdə İsrailin Azərbaycana səfər edən ikinci prezidentidir. Bu, ölkələrimiz arasında münasibətlərin inkişafında zirvədir. Bu o deməkdir ki, biz həqiqətən də ən yüksək səviyyədə strateji tərəfdaşlığı inkişaf etdirmişik. Bu gün səhər Prezident İlham Əliyevlə gözəl görüşümüz oldu və burada ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə, o cümlədən ticarət, turizm və digər sahələrdə daha da dərinləşdirilməsi üçün bir sıra sahələri müzakirə etdik", - deyə səfir bildirib.

Onun sözlərinə görə, bugünkü danışıqlar nəticəsində iki ölkə arasında uçuşların sayının tezliklə artırılması ilə bağlı razılıq əldə olunub.

"Biz iki ölkənin xalqları arasında inkişaf edən qardaşlığı görməyə şadıq. İsrail Prezidentinin Azərbaycana bugünkü səfəri ikitərəfli strateji münasibətlərimizin növbəti inkişafı səviyyəsinin yalnız başlanğıcıdır", - deyə o əlavə edib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin