Putindən Moskvaya hücumla bağlı AÇIQLAMA

21:33 - 30 May 2023

Putindən Moskvaya hücumla bağlı AÇIQLAMA

Rusiya prezidenti Vladimir Putin bu gün Moskvaya pilotsuz təyyarə hücumu ilə bağlı sərt açıqlamalar verib.

 

Manset.az "Sözcü"-yə istinadən xəbər verir ki, səhər saatlarında Rusiyanın paytaxtı Moskvaya pilotsuz uçuş aparatları (PUA) tərəfindən hücumlar təşkil edilib, PUA-ların vurduğu bəzi binalara ziyan dəyib.

Rusiya hərbçiləri hücumda Ukraynanı ittiham edib, Kiyev isə ittihamı rədd edib.

Hücumlarla bağlı verdiyi açıqlamada Putin pilotsuz təyyarələrin mülki insanları hədəf aldığını ifadə edərək, “Rusiyanı təxribat etməyə çalışırlar. Bizi qorxutmaq istəyirlər” deyib.

 Moskvada hava hücumundan müdafiə sistemlərinin gücləndiriləcəyini qeyd edən Rusiya lideri Ukraynadakı hərbi kəşfiyyat mərkəzinin vurulduğunu bildirib.

Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyi Ukraynadakı Qərb kəşfiyyat təşkilatlarının rəhbərliyi ilə Rusiyaya qarşı terror aktlarının planlaşdırıldığı mərkəzi qərarvermə məntəqələrinin vurulduğunu bildirib.

Rusiya müdafiə naziri Sergey Şoyqu bildirib ki, Ukraynaya texnika və silahların göndərilməsi artır. 

Hərbi rəsmilərlə görüşündə Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlama verən Şoyqu qeyd eib ki, təkcə son bir ayda düşmən 16 mindən çox əsgər, 16 təyyarə, 5 helikopter, 466 pilotsuz uçuş aparatı, 400-dən çox şəhid verib. tanklar və zirehli texnika, 238 haubitsa və minaatan itirilib.

Jalə

Manşet.az


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin