ABŞ-ın Florida ştatında maraqlı quş NBC-nin müxbiri Çelsi Ambrizin təqdim etdiyi hava bülleteninin qonağı olub. Əvvəlcə şoka düşən aparıcı daha sonra gülüb.
Manset.az Tgrt Haber-ə istinadən xəbər verir ki, bir anda canlı yayıma girən quş, aparıcını təəccübləndirib.
Birdən onun arxasında bir göyərçin peyda olub. Sonra göyərçin kameraya tərəf uçub.
Təəccüblənən Ambrizi "Vay! Allah!" deyib. Çox keçmədən o, gülməyə başlayıb.
Həmin anlar sosial şəbəkələrdə yayılıb.
Jalə