İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir

20:19 - 30 May 2023

İsrail-Azərbaycan münasibətləri bütün dünya üçün nümunədir

"Azərbaycan və İsrail arasında bu yaxın əlaqələr yalnız ortaq maraqlara deyil, tarixi münasibətlərə, paylaşdığımız ortaq dəyərlərə əsaslanır".

 

Manset.az xəbər verir ki, bunu İsrailin müstəqilliyinin 75-ci il dönümünə həsr olunmuş tədbirdə Bakıda səfərdə olan İsrail Prezidenti İshaq Herzoq çıxışında deyib.

"Bu gün dostlarımızın arasında olmaq gözəldir. Bu günlərdə Azərbaycan müstəqilliyini 105-ci ildönümünü, İsrailin 75 illiyini qeyd edir.

Bizim yaxın münasibətlərimiz yalnız ortaq maraqlara deyil, paylaşılan dəyərlərə, tarixi münasibətlərə əsaslanır".

Prezident çıxışında bildirib ki, Azərbaycanda yaşayan yəhudi icması təhlükəsiz mühitdə yaşayır, ölkənin ictimai siyasi həyatı da fəal iştirak edir.

"İsrail və Azərbaycan arasında mövcud münasibətlər bütün dünya üçün dəyərdir, nümunədir", - Herzoq vurğulayıb.

O qeyd edib ki, iki ölkə arasında əməkdaşkıq müxtəlif sahələri əhatə edir: "Azərbaycan səfirliyinin İsraildə açılması, mənim bu gözəl ölkəyə səfərim bu yaxın münasibətlərin əksidir".


Xəbər xətti

19 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin