Kadırov Rusiyada hərbi vəziyyət tətbiq edilməsini istəyir

19:25 - 30 May 2023

Kadırov Rusiyada hərbi vəziyyət tətbiq edilməsini istəyir

Moskvaya pilotsuz uçuş aparatları (PUA) ilə hücumun heç bir mənası yoxdur və hərbi əməliyyatların gedişinə təsir göstərmir.

 

Manset.az xəbər verir ki, bunu Çeçenistanın rəhbəri Ramzan Kadırov "Telegram" kanalında yazıb.

O hesab edir ki, bu cür hücumlar “böyük məğlubiyyətlərdən sonra diqqəti cəlb etmək" məqsədi daşıyır. 

“Moskvaya PUA hücumunun heç bir taktiki, strateji və hətta psixoloji mənası yoxdur. Hərbi sahədə təhsil alanlar bunu başa düşürlər. Müharibə tamam başqa yerdə gedir”, – Ramzan Kadırov qeyd edib.

Kadırovun fikrincə, belə halların qarşısını almaq üçün Rusiyada hərbi vəziyyət elan edilməlidir.

Xatırladaq ki, mayın 30-da səhər tezdən Rusiyanın paytaxtı Moskva şəhəri pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

Rusiya Müdafiə Nazirliyi hücumda 8 PUA-nın iştirak etdiyini bildirib, mətbuatda 10-25 PUA-nın hücum etməsi barədə məlumat yayılıb.

Nazirlik iddia edir ki, beş PUA "Pantsir-S" hava hücumundan müdafiə sistemi tərəfindən vurulub, daha üçü isə radioelektron mübarizə vasitələri ilə zərərsizləşdirilib. Açıqlamada hücuma görə Ukraynanın məsuliyyət daşıdığı iddia edilir.


Xəbər xətti

22 Dekabr 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin