Lənkəranda avtomobil yeniyetməni vurdu

18:52 - 30 May 2023

Lənkəranda avtomobil yeniyetməni vurdu

Lənkəranda minik avtomobili piyadanı vurub.

 

Manset.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi köhnə Ələt-Astara magistralında, Lənkəran rayonunun Səpnəkəran kəndi ərazisində qeydə alınıb. Lerik rayonunun Rvarud kənd sakini, 1974-cü il təvəllüdlü Ehram Firudin oğlu Muradov “Niva” markalı, 99-MK-990 dövlət nömrə nişanlı minik avtomobili ilə hərəkətdə olarkən, 2009-cu il təvəllüdlü Səpnəkəran kənd sakini Rəvayət Füzuli qızı Fərəcovanı vurub.

Xəsarət alan yeniyetmə ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib və reanimasiya şöbəsinə yerləşdirilib.

R.Fərəcovanın vəziyyəti ağır olduğundan Masallı rayonundakı özəl klinikalardan birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır./apa


Xəbər xətti

26 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin