<

Rus Dram Teatrının avtobusu qəzaya düşdü

18:33 - 30 May 2023

Rus Dram Teatrının avtobusu qəzaya düşdü

Şəkidə yol qəzası baş verib.

 

Manset.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, bu gün səhər saat 10 radələrində Şəki şəhəri B.Vahabzadə küçəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının heyətini daşıyan avtobusun sürücüsü manevretmə qaydasını pozduğu üçün avtonəqliyyat vasitəsi ağaca dəyib. Nəticədə avtobusun 2 yan şüşəsi sınıb.

Hadisə baş verən zaman avtobusda sərnişin olmayıb və sürücü xəsarət almayıb.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin