<

Dronlar bir çox rusiyalı siyasətçidən ağıllıdır - Mixail Podolyak

17:22 - 30 May 2023

Dronlar bir çox rusiyalı siyasətçidən ağıllıdır - Mixail Podolyak

Xəbər verildiyi kimi, bu gün Rusiya paytaxtı Moskva yaxınlığında naməlum pilotsuz uçan aparatların uçuşu qeydə alınıb.

 

Manset.az Musavat.com-a istinadən xəbər verir ki, pilotsuz təyyarələrdən biri prezident Putinin Novo-Oqaryovodakı iqamətgahından cəmi 3 kilometr aralıda yerləşən İlyinskoye kəndinə düşüb.

Bu barədə Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn məlumat yayıb. Deputat dronların Krasnoqorsk rayonunda vurulduğunu iddia edib. Bu bölgə dövlət bağ evlərinin yerləşdiyi Rublyovka qəsəbəsinin bir hissəsidir.

Rusiya müxalif saytlarının məlumatına əsasən, eyni bölgədə yerləşən Razdorı kəndində maliyyə naziri Anton Siluanovun, Rusiya Federasiyasının müdafiə nazirinin birinci müavini Ruslan Tsalikovun, “Rostex” (Rusiyanın əsas silah istehsalçısı) rəhbəri Sergey Çemezovun qayınanası Lyudmila Rukavişnikovanın evləri var.

Jurnalist Fəridə Rüstəmova Novo-Oqaryovodakı iqamətgahın Razdordan cəmi 10 dəqiqəlik məsafədə olmasına diqqət çəkib.

Müharibə başlayandan bəri Moskvaya edilən ən genişmiqyaslı hücum haqqında federal tv-lər, demək olar ki, heç bir məlumat vermir, kanalların heç biri xüsusi xəbərlər yaymır, "təcili" işarəsi ilə planlaşdırılan verilişləri kəsmir.

Moskva meri Sergey Sobyaninin verdiyi xəbərə görə, Moskvada evlərə dron hücumundan sonra iki nəfər həkimə müraciət edib - heç kim ciddi xəsarət almayıb. Təxliyə edilmiş moskvalılar artıq öz evlərinə qayıtmağa başlayıblar, təcili xidmət maşınları öz işlərini işləri başa çatdırıb.

Ukrayna prezidentinin ofisinin müşaviri Mixail Podolyak iddia edilən drona hücumunu bu sözlərlə şərh edib: “Dronlar bəzi rus siyasətçilərindən daha ağıllıdır. Bilirsiniz, biz süni intellekt dövrünə qədəm qoyuruq. Ola bilsin ki, bütün pilotsuz təyyarələr Ukraynaya hücum etməyə hazır deyil və öz yaradıcılarına qayıtmaq və onlara bu sualı vermək istəyir: niyə bizi Ukrayna uşaqlarını öldürməyə göndərirsiniz?"


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin