Ukraynada ölkə boyu elektrik enerjisinin verilməsində problem yaranıb.
Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, hadisəyə ilkin səbəb kimi, enerji sistemində tezliyin azalması göstərilir.
Məlumata görə, “Ukrenerqo” şirkəti hazırda tezliyin azalmasının səbəblərini araşdırır.
Şirkətin yaydığı açıqlamaya görə, elektrik enerjisi yaxın saatlarda bərpa olunacaq.
Onlar əlavə ediblər ki, fasilələr texniki səbəblərdən baş verib və enerji sistemində gücün çatışmazlığı ilə bağlı deyil.