<

111 il sonra Titanikin qalıqlarında xəzinə aşkarlandı - FOTOLAR

16:52 - 30 May 2023

111 il sonra Titanikin qalıqlarında xəzinə aşkarlandı - FOTOLAR

111 il əvvəl aysberqlə toqquşaraq sərnişinləri və ekipajı ilə birlikdə batan Titanik gəmisinin qalıqlarının tədqiqlərində yeni tapıntılar əldə edilib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə,  Titanik gəmisinin qalıqları arasında əvvəllər unudulmuş bəzi zinət əşyaları aşkarlanıb. Kanadanın Nyufaundlend sahillərində Şimali Atlantik Okeanında 13 min fut dərinlikdə araşdırmalar aparan Magellan Ltd adlı şirkət kamera qeydləri ilə meqalodon köpək balıqlarının dişlərindən hazırlanmış qızıl boyunbağının olduğunu müəyyən edib.

“Hazırda dəqiq bir şey söyləmək mümkün deyil. çünki şəkillər çox bulanıqdır” deyə nəsli kəsilməkdə olan meqalodonun şəkillərini araşdıran Suonsi Universitetindən paleontoloq Katalina Pimiento bildirib. Pimiento isə görüntülərdə dişə bənzər bir obyektin olduğuna diqqət çəkib.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin