<

Kəşmirdə içərisində 75 nəfərin olduğu sərnişin avtobusu dərəyə düşdü - 10 ölü, 55 yaralı

16:35 - 30 May 2023

Kəşmirdə içərisində 75 nəfərin olduğu sərnişin avtobusu dərəyə düşdü - 10 ölü, 55 yaralı

Hindistanda sərnişin avtobusunun körpüdən dərəyə aşması nəticəsində 10 nəfər ölüb, 55 nəfər yaralanıb.

Manşet.az-ın “Haberglobal”a  istinadən məlumatına görə, Kəşmir bölgəsinin Cammu şəhərinin Srinagar şossesində səhər saatlarında içərisində 75 nəfərin olduğu sərnişin avtobusu körpünün üstündən keçərkən dərəyə düşüb. 10 nəfəin öldüyü qəzada, 55 nəfər yaralanıb.

Hindistan prezidenti Draupadi Murmu qəzada yaxınlarını itirənlərə başsağlığı verib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin