<

Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiyanın mövqelərini şiddətli atəşə tutdu

16:23 - 30 May 2023

Ukrayna Silahlı Qüvvələri Donetskdə Rusiyanın mövqelərini şiddətli atəşə tutdu

Ukrayna ordusu Donetsk vilayətində Baxmut cəbhəsi istiqamətində yerləşdirilmiş artilleriya batareyaları ilə Rusiya mövqelərini şiddətli atəşə tutur.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində ən şiddətli toqquşmaların baş verdiyi bölgədə Ukrayna ordusunun gərgin fəaliyyəti davam edir.

Məlumata görə, hər iki ordunun döyüş təyyarələri, helikopterlər, tanklar, çoxlüləli raket sistemləri kimi ağır silahlardan istifadə etdiyi Donetsk bölgəsində partlayış səsləri kəsilmir.

Ukrayna Silahlı Qüvvələrindən icazə alan Anadolu Agentliyi (AA) qrupu ordunun 57-ci briqada zabitlərinin müşayiəti ilə Baxmut cəbhəsi istiqamətində müxtəlif nöqtələrə çatıb və burada artilleriya batareyalarının fəaliyyətini izləyib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin