<

“Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı” - Səttar Möhbalıyev

16:02 - 30 May 2023

“Laçına qayıdan sakinlərin üzündəki sevinc hissi hər birimizi duyğulandırdı” - Səttar Möhbalıyev

“Hazırda biz bir zamanlar arzuladığımız günlərin xoşbəxtliyini yaşayırıq. Ermənistan işğalı altında qalmış, tamamilə dağıdılmış Şərqi Zəngəzurumuz və Qarabağımız azaddır, yenidən dirçəlir, öz sakinlərini qarşılayır. Bu günləri biz uzun illər gözlədik, inamımızı itirmədik. Əmin idik ki, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın bu ağrılı problemi bir gün bizim qələbəmizlə başa çatacaq. Yenilməz Orduya, güclü iqtisadiyyata malik olan Azərbaycan cəmi 44 günə işğalçı ordunu məhv etdi. Müharibədən sonra dünya ictimaiyyəti bir daha anladı ki, ermənilər o torpaqlarda yaddır, sadəcə işğalçıdırlar və uzun illər dünyanı aldatmağa çalışıblar. Onların işi yalnız talançılıq və vandalizm olub, hər şeyə oğru gözü ilə baxıblar. Bu gün isə Azərbaycan həmin əraziləri yenidən qurur, çünki özünə məxsusdur, öz torpaqlarıdır. Cocuq Mərcanlıdan start götürən “Böyük Qayıdış” proqramı Ağalı və Talış kəndlərinin ardından bu gün Laçın şəhərində davam edir”.

 

Manset.az xəbər verir ki, bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Mayın 28-də - Müstəqillik Günündə Laçın şəhəri öz doğma sakinlərinə qucaq açdı, bayram bayrama qarışdı. Bu təkcə laçınlılar deyil, həm də bütün azərbaycanlılar üçün ikiqat bayram oldu və hər birimizi qürurlandırdı. Dövlətimizin əsas strateji hədəflərindən biri işğaldan azad olunmuş bütün əraziləri bərpa etmək və sakinləri ata yurduna qaytarmaqdır. Bu istiqamətdə sürətli və sistemli iş aparılır və bütün proses bilavasitə Prezident İlham Əliyevin nəzarətindədir. Onun bölgəyə hər səfəri bizim üçün yeni müjdələrdən xəbər verir. Təbii ki, qısa müddət ərzində bu qədər işləri görmək, sakinlərin bir qismini oraya köçürmək ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Dövlətimizin başçısının Laçın şəhərinə qayıdan əhali ilə görüşü zamanı ifadə etdiyi kimi, cəmi 7-8 ay ərzində şəhərdə möhtəşəm işlər görülüb, evlər, binalar inşa edilib. Sakinlərin rahat və xoşbəxt yaşaması üçün hər cür şərait yaradılır. Prezidentimiz sakinlərə evlərinin açarlarını təqdim edərkən onların üzlərində olan sevinc, fərəh hissi, Vətən sevgisi, sözsüz ki, hər birimizi həm qürurlandırdı, həm də duyğulandırdı. Həqiqətən də, məcburi köçkün həyatı yaşamış bacı və qardaşlarımız çətin günlərdən keçdilər, əzab-əziyyətlərə qatlaşdılar, lakin ümidlərini itirmədilər. Bu gün isə artıq çətinliklər arxada qalıb, onlar üçün yeni xoşbəxt və firavan həyat başlayır”, - AHİK sədri bildirib.

AHİK sədri Səttar Möhbalıyev Prezidentin çıxışında bəzi məqamlara diqqət çəkib: “Dövlətimizin başçısı qeyd etdi ki, separatizmin kitabı bağlanıb. Ona görə hələ də bu düşüncədə olanlar yanılırlar. Onlar baş verənlərdən yaxşı dərs çıxarmalı və reallığı qəbul etməlidirlər. Azərbaycan ərazisində yaşayan xalqlar bu ölkənin vətəndaşlarıdır, onların bütün hüquqlar ən ali səviyyədə təmin edilir və xoşbəxt yaşayırlar. Azərbaycan hər zaman sülhün tərəfdarı olub və Ermənistanla sülh müqaviləsinin imzalanması naminə səylə çalışır. Ermənistan tərəfi də bilməlidir ki, sülh onlar üçün daha vacibdir. Bu, onların düşdüyü ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yeganə çıxış yoludur”.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin