<

İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO

15:41 - 30 May 2023

İsrail Prezidentindən Azərbaycan dilində paylaşım - FOTO

“Dostum, Azərbaycan Prezidenti İlham Əliyevə, İsrailin əsl dostuna öz iqamətgahında səmimi qarşılamaya görə təşəkkür edirəm”.

 

Manset.az xəbər verir ki, bunu Bakıda rəsmi səfərdə olan İsrail Prezidenti İshaq Hersoq öz tviter hesabında Azərbaycan dilində etdiyi paylaşımda qeyd edib. 

“İsrail Azərbaycana mühüm strateji tərəfdaş və regional sabitliyin mənbəyi kimi baxır. Xalqlarımız arasındakı münasibətlər sülh və əməkdaşlıq yolunu seçən digər ölkələr üçün örnəkdir və müsəlmanlar və yəhudilər arasında dostluq münasibətlərinin nümunəsidir”, - deyə Hersoq qeyd edib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin