<

Qeyri-iş günlərində paytaxt yollarında təmizlik işləri aparıldı - VİDEO/FOTO

15:31 - 30 May 2023

Qeyri-iş günlərində paytaxt yollarında təmizlik işləri aparıldı - VİDEO/FOTO

28 May – Müstəqillik Günü  ilə əlaqədar verilmiş tətil günlərində Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkət intensivliyinin azalması fürsətindən yararlanaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən paytaxt ərazisində tunellər, yeraltı keçid, yolötürücü və yol elementlərinin təmizlənməsi və yuyulması işləri icra olunub.

 

Manset.az xəbər verir ki, avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə təmizlik işləri planlaşdırıldığı kimi, 27-29 may tarixləri arasında qeyri-iş günlərində gücləndirilmiş iş rejimində olmaqla aparılıb. Belə ki, yeraltı keçid, tunellər, yolötürücülərinin elementləri və səsboğucular, yol nişanları və yol elementləri, yol kənarları və yolayrıcında quraşdırılmış dəmir tirlər, səki daşları yuyulub, yol kənarları və beton küvetlər təmizlənib.

Təmizlənmə və yuyulma işləri Bakı şəhərində bütün rayonlar üzrə həyata keçirilib. 



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin