<

Messi “Barselona”ya qayıdacaq? - İlk dəfə açıqladı

14:52 - 30 May 2023

Messi “Barselona”ya qayıdacaq? - İlk dəfə açıqladı

PSJ ilə müqaviləsi sezon sonu başa çatacaq Lionel Messi “Barselona”ya qayıtmayacaq.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, "Əl Hilal" da daxil olmaqla bir çox klublardan təklif alan argentinalı ulduz bir neçə gündən sonra gələcəyi ilə bağlı qərarını verəcək.

Məlumata görə, Messinin seçimləri arasında əfsanələrindən biri olduğu “Barselona” yoxdur.

Qeyd olunub ki, “Barselona”nın prezidenti Joan Laporta və baş məşqçi Xavi Hernandezin marağından xəbərdar olan Messi klubdan konkret addım görmədiyi üçün daha gözləmək istəmir və yeni klubunu qısa müddət sonra müəyyən etməyi hədəfləyir.

Xatırladaq ki, argentinalı ulduz bu mövsüm PSJ-nin heyətində 40 rəsmi oyuna çıxıb. 35 yaşlı Lionel bu matçlarda 21 qol vurub, 20 məhsuldar ötürmə edib.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin