Cəbrayıl rayonunun Hasanlı kəndi Soltanlı inzibati ərazi vahidində, Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib.
Manset.az AZƏRTAC-a istinadən işğal dövründə erməni vandalizminə məruz qalmış Hasanlı kəndinin görüntülərini təqdim edir: