<

51 yaşlı kişiyə timsah HÜCUM ETDİ

13:46 - 30 May 2023

51 yaşlı kişiyə timsah HÜCUM ETDİ

Avstraliyada timsahın hücumu nəticəsində 51 yaşlı kişi yaralanıb.

 

Manset.az BBC-yə istinadən xəbər verir ki, 51 yaşlı Marcus McGowan tətildə olduğu Qinslend əyalətindəki Keyp York yaxınlığındakı Haggerstone adasının 28 kilometrliyində bir qrup dostu ilə birlikdə suya girib.

Üzərkən bir heyvanın ona arxadan hücum etdiyini izah edən Makqouan əvvəlcə bunun köpəkbalığı ola biləcəyini düşündüyünü, lakin sonradan bunun timsah olduğunu anladığını bildirib.

McGowan balası olduğu düşünülən timsahı dəf edərkən əlindən yaralanıb.

Qeyd ədək ki, son aylarda Avstraliyanın şimalında tez-tez rast gəlinən timsahların insanlara hücum etməsi xəbəri mətbuatda əksini tapıb.

Fevral ayında Cairns əyalətinin şimalında yerləşən gəmiqayırma zavodunda bir kişi və iti timsahın hücumuna məruz qalmış, uzunluğu 4 metrdən çox olan timsah isə güllələnib.

Bu ayın əvvəlində Kennedi çayının sahilində timsahın mədəsində 65 yaşlı balıqçının əzaları tapılıb.

Jalə

Manşet.az


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin