Ötən gün ABŞ-da qeyd olunan Xatirə Günündə Florida ştatının Hollivud bölgəsində baş verən atışmada 4-ü uşaq olmaqla 9 nəfər yaralanıb.
Manset.az "Sözcü"- yə istinadən xəbər verir ki, Florida polisinin sözçüsü Deanna Bettineschi mediaya bildirib ki, yaralıların əksəriyyəti yerli uşaq xəstəxanasına aparılıb. Silahlı hücumda yaralananlardan 4-nün 1 ilə 17 yaş arasında olduğunu bildirən Bettinesçi, yaralılardan birinin dünən əməliyyat olunduğunu açıqlayıb.
Bettinesçi hücumun yerli vaxtla axşam saat 6 radələrində başladığını, ən azı bir silahdan istifadə edildiyini və bir nəfərin saxlanıldığını qeyd edib. Polis digər şübhəlilərin axtarışını davam etdirdiyindən insidentlə bağlı istintaq davam edir.
Yaralıların aparıldığı xəstəxananın sözçüsü Yanet Obarrio Sançes yaralıların hamısının vəziyyətinin stabil olduğunu bildirib.
Atışma Hollivudun Oceanfront piyada zolağında baş verib.
Jalə
Manşet.az