"Qalatasaray"la "Fənərbaxça"nın çempionluq yarışında düyün bu gün açıla bilər. Digər tərəfdən, “Fənərbağça”nın çempion olmaq şansları da müzakirə olunur.
Manset.az iki komandanın çempionluq hesablamalarını və nəticələrə görə ehtimalları təqdim edir:
Spot Toto Super Liqanın 36-cı həftəsində "Qalatasaray" MKE Ankaragücü ilə çempionluq matçını keçirəcək. “Qırmızılar” qalib gəlsə, digər nəticələrdən asılı olmayaraq, 23-cü çempionluğunu elan edəcək. Bəs, Fənərbaxçanın çempionluq imkanları nə qədərdir?
"Qalatasaray" Ankaragücü matçında xal itirsə, 5 xal öndə olan "Fənərbağça"nın öz meydanında "Antalyaspor"a xal itirməsini gözləyəcək.
Sarı-qırmızılılar xal itirsə və "Fənərbaxça" qalib gəlsə, çempionluq kuboku sahibini iyunun 4-də Ali Sami Yen stadionunda keçiriləcək Qalatasaray-Fənərbaxça derbisində tapacaq.
“Qalatasaray” “Ankaragücü” ilə heç-heçə, “Fənərbaxça” isə “Antalyaspor”u məğlub etsə, sarı-göylülər derbidə ən azı 3 fərqli qələbə axtaracaq. Fənərbaxça ilk matçda 3-0 uduzduğu üçün 3 fərqli qələbə halında ümumi ortalama nəzərə alınacaq.
Sarı-qırmızılılar Ankaragücünə məğlub olsa, ssenari dəyişəcək. "Fənərbaxça"nın derbidə qazanacağı istənilən qələbə sarı-göylü komandanı çempion edəcək. Sarı-qırmızılılar derbidə qalib gəlsələr, "Qalatasaray" hər cür şəraitdə 23-cü çempionluğunu qazanmış olacaq.
Jalə
Manşet.az