MİQ üzrə sənəd qəbulu başa çatdı

12:17 - 30 May 2023

MİQ üzrə sənəd qəbulu başa çatdı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi başa çatıb.

 

Bu barədə Manset.az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, elektron sənəd qəbulu mərhələsi 22-30 may tarixlərini əhatə edib. Bu müddət ərzində namizədlərə miq.edu.az saytına daxil olaraq müsabiqədə iştirak etmək üçün müraciət imkanı verilib. Hazırda qeydiyyatını tamamlayaraq təsdiq etmiş namizədlərin elektron ərizələrinin emalı prosesinə start verilib.

Elektron ərizələr yoxlanıldıqdan sonra namizədlərin şəxsi səhifələrinə müvafiq məlumat göndəriləcək.

Qeyd edək ki, ötən illərdə olduğu kimi, cari ildə də müəllimlərin işə qəbulu üzrə müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.


Xəbər xətti

29 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin