İranın paytaxtı Tehranda xəstəxanaların birində qeyri-adi hadisə baş verib
Manset.az “Sözcü”-yə istinadən xəbər verir ki, Tehran Universiteti Xəstəxanasının təcili yardımına müraciət edən 30 yaşlı kişi mədəsinin ağrıdığını və şiddətli ağrılar keçirdiyini bildirib.
Vəziyyəti araşdıran həkimlər qanaxma və kəsik olmadığı üçün gənci rentgen etdiriblər.
Renntgendə kişinin anusuna dezodorant şüşəsi daxil edilib və rentgendə şüşənin daxili orqanlarının üzərində dayandığı görünüb.
Ağrıdan otura bilmədiyini deyən kişinin vəziyyətini yoxlayan həkimlər onu dərhal əməliyyat etmək qərarına gəlib.
Həkimlər kişinin qarnını kəsərək böyük bir dezodorant şüşəsi götürüblər. Əməliyyatın iki saat davam etdiyi bildirilsə də, dezodorant qutusunun içəriyə necə girdiyi açıqlanmayıb. Adı açıqlanmayan xəstənin işi "Visual Journal of Emergency Medicine" tibbi jurnalında yer alıb.
Səhhətinin yaxşı olan şəxsin daxili orqanlarında və skelet quruluşunda heç bir zədənin olmadığı qeydə alınıb. Tibb jurnalında yer alan xəbərdə 30 yaşlı kişinin əməliyyatdan sonra bir gün xəstəxanada qaldığı və ertəsi gün evə buraxıldığı bildirilib.
Hesabatda kişinin bu qutudan cinsi məmnunluq üçün istifadə etdiyi vurğulanıb. 30 yaşlı kişinin evə buraxılmazdan əvvəl psixiatrla görüşdüyü də açıqlanıb.
Jalə