AZCON yaradıldı - FƏRMAN
7 Noyabr 2024
22:49 - 8 Sentyabr 2021
Xəbər verdiyimiz kimi Əfqanıstanda qadınlar Kabil küçələrinə çıxaraq etiraz aksiyaları keçiriblər.
Manşet.az xəbər verir ki, əfqan əsilli məşhur amerikalı yazıçı Xalid Hüseyni Tvitter hesabında onların aksiyasına dəstək nümayiş etdirib.
“Cəsur Əfqanıstan qadınları küçələrə çıxaraq, haqlarını müdafiə edirlər. “Taliban” onlara qarşı güc tətbiq etməməlidir”, - o yazıb.
Qeyd edək ki, Xalid Hüseyni dünyada ən çox oxunan kitabların müəlliflərindən biridir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, “Dəniz duası” kimi kitabları bütün dünyada böyük maraq görüb.
Onun əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.
Bundan başqa, yazıçı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin