<

Polkovnikin özünə qəsdinin səbəbi bilindi - Məktubu tapılıb

11:09 - 30 May 2023

Polkovnikin özünə qəsdinin səbəbi bilindi - Məktubu tapılıb

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin təhlükəsizliyi üzrə normativ iş şöbəsinin rəisi, polkovnik-leytenant Muxtar Cəbişov özünü asaraq həyatına son qoyması xəbərinin səbəbi məlum olub.

 

Manset.az trend-ə istinadən xəbər verir ki, FHN-in sözügedən əməkdaşı uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirmiş. İntihardan əvvəl yazdığı vəsiyyətnamədə də xəstəliyin əzablarına dözə bilmədiyini qeyd edib. O canına qəsd etməmişdən əvvəl zəng edib ailəsinə də bildirib. Hadisə qeyri-iş iş saatında, mərhumun atasının evində baş verib.

Qeyd edək ki, Hadisə Ceyranbatan qəsəbəsi Şahbala Hüseynov küçəsində yerləşən nömrəsiz evin həyətində baş verib. İntihar mayın 28-də qeydə alınıb.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.


Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin