<

“TikTok hiyləsi” ilə yumurta qaynatmaq istəyən qadının başına görün nə gəldi - FOTO

10:48 - 30 May 2023

“TikTok hiyləsi” ilə yumurta qaynatmaq istəyən qadının başına görün nə gəldi - FOTO

İngiltərədə TikTok videolarını paylaşan qadın "TikTok hiyləsi" kimi tanınan "yumurta bişirmə üsulunu" sınayarkən qəza keçirib.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Böyük Britaniyadan olan 37 yaşlı Şəfiya Bəşir “TikTok hiyləsi” kimi tanınan üsuldan istifadə edərək qaynadılmış yumurta hazırlamağa çalışıb. Şəfiyə tavaya bir stəkan qaynar su töküb, yumurtanı bir neçə dəqiqə mikrodalğalı sobaya qoyub.  Amma soyuq yemək qaşığı yumurtaya toxunduqda yumurta qəfildən partlayıb, onun üzünün sağ tərəfi yanıb.

37 yaşlı qadın  bu məşhur yeməyi dadmaq istəyən digər insanlara xəbərdarlıq edib. Üzü yanan Şəfiyə hadisənin son dərəcə ağrılı və qorxulu olduğunu bildirib. Şəfiyə öz izləyicilərinə xəbərdarlıq edib ki, mikrodalğalı sobada yumurta bişirməsinlər. Bu üsulla yumurta bişirərkən hər hansı qəfil hərəkət partlayışa səbəb ola bilər. Hadisədən sonra Şəfiyə bir daha yumurta yeməməyə qərar verib.



Xəbər xətti

19 Mart 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin